Berdıyevin “Turan”da görmək istədiyi “11 nömrə”

20:40 Turan 185
Berdıyevin “Turan”da görmək istədiyi “11 nömrə”

“Turan Tovuz” portuqaliyalı futbolçu ilə güclənə bilər.

Sportinfo.az xəbər verir ki, həmin oyunçu Dioqo Balaudur.

“Şamaxı”dakı performansı ilə bir neçə klubun diqqətini çəkən cinah yarımmüdafiəçisi baş məşqçi Kurban Berdıyevin siyahısında olan addır.

Türkmən çalışdırıcı rəhbərlikdən bəstəboyun yay təlim-məşq toplanışında sərəncamında olmasını istəyib.

Klublar arasında ümumi söhbətin nəticəsində məlum olub ki, “Şamaxı” “11 nömrə”yə görə təzminat tələb edir.

Bunun 100, yoxsa 150 min manat olduğunu deyə bilmərik.

Fakt odur ki, Balaunun “Şamaxı” ilə müqaviləsinin müddəti 2027-ci ilin may ayına qədərdir. Ona görə də başqa kluba keçidinə görə pul tələb edilməsi anlaşılandır.

Ötən ilin yayından “şirlər”in şərəfini qoruyan Dioqo Premyer Liqada meydana çıxdığı 30 qarşılaşmada 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti