MÜJDƏ – Avrokubok təmsilçimiz ulduz futbolçuyla danışıq aparır

21:20 Turan 290
MÜJDƏ – Avrokubok təmsilçimiz ulduz futbolçuyla danışıq aparır

Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz” burada uğur qazanmaq niyyətindədir.

Məqsəd təkcə formal iştirak deyil, turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu, hər nə qədər çətin görünsə də.

Baş məşqçi Kurban Berdıyev klub rəhbərliyi ilə söhbət neçə futbolçuya ehtiyac duyduğunu dilə gətirib.

“Baba” azı üç legioner futbolçuyla güclənməyin vacibliyindən söz açıb. Rəhbərlik türkmən çalışdırıcının müraciətinə razılıq verib.

Artıq bu yöndə çalışmalara start verilib. Dünyanın müxtəlif ölkələrindən namizəd futbolçular gözdən keçirilir.

Aralarında istedadlı gənclərlə yanaşı, tanınmışlar da var.

Klubdan redaksiyamıza daxil olan məlumata görə, hazırda ulduz futbolçuyla danışıq aparılır. “Turan Tovuz” təklif edəcəyi maliyyə şərtlərtini qarşı tərəfə bildirib.

Lakin hələ ki, müsbət cavab gəlməyib. Bu da qarşıda kifayət qədər vaxtın olması və başqa klubların daha sərfəli şərtlər irəli sürmək ehtimalıdır.

“Turan Tovuz”un bölgəni təmsil etməsi, yeni ad altında ilk dəfə avrokuboklarda iştiraka hazırlaşması, heyətində legionerlərin çoxluq təşkil etməsi namizəd futbolçuları daha çox pul istəməyə məcbur edir.

Bu fakt danışıq prosesini uzadır, bəzən söhbətin yarımçıq qalmasına səbəb olur. Klub rəhbərliyi futbolçuya layiq olduğundan artıq vəsait xərcləmək niyyətində deyil.

Maraq üçün bildirək ki, bölgə komandası Konfrans Liqasında mübarizəyə 2-ci mərhələdən başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti