“Turan Tovuz”a yeni sponsor gəlir - SON DƏQİQƏ

19:40 Turan 302
“Turan Tovuz”a yeni sponsor gəlir - SON DƏQİQƏ

Konfrans Liqasına vəsiqə qazanaraq 32 illik avrokubok həsrətinə son qoyan “Turan Tovuz” növbəti mövsümün hazırlıqlarına start verib.

Klubun prezidenti Ehtiram Quliyev komandanı Konfrans Liqasının qrup mərhələsində görmək istəyir.

Başqan bu niyyətlə büdcənin nisbətən artırılmasına nail ola bilib.

Necə?

Tovuzlu iş adamlarından biri Quliyevlə təmas quraraq bu işdə ona yardımçı olmaq istədiyini bildirib.

Danışıqlar uzun sürməyib, qısa zamanda həll olunub. Ehtiram bəy bu işdə özünə dəstək olmaq istəyən şəxslə əl sıxaraq bu yolda birgə addımlamağa “hə” deyib.

Adı hələ ki, qaranlıq qalan həmin şəxsin rəhbərlik etdiyi şirkət “Turan Tovuz”a maliyyə yardımı edəcək ki, ayrılan vəsait yeni transferlərin həyata keçirilməsinə xərclənəcək.

Komandanın oyun formasının hansısa hissəsində şirkətin loqosunu yer alacaq.

Əldə etdiyimiz bilgiyə görə, hazırda sənədləşmə ilə bağlı tamamlanma işləri görülür. Proses başa çatan kimi klubdan bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti