“Turan Tovuz” Premyer Liqanın 33-cü turunda “Sabah”la Tovuzda yox, Masazırda qarşılaşacaq.
Buna səbəb Tovuz şəhər stadionunda avrokuboklara hazırlıq məqsədi ilə aparılan təmir işləridir.
UEFA-nın müvafiq departamenti “Turan Tovuz”a vaxt qoyub.
Stadion həmin tarixə qədər UEFA-nın tələblərinə uyğun şəkildə hazır olmalıdır.
Mayın 25-də qurumun nümayəndələri Tovuza səfər edərək son durumla yerində tanış olacaq.
UEFA-nın tələbi stadionda əlavə təhlükəsizlik kameralarının quraşdırılması, azarkeşlər üçün oturacaq sayının artırılması, internet keyfiyyətinin ən üst səviyyəyə çatdırılması, fanatların giriş-çıxışı üçün əlavə qapının açılması, media nümayəndələrinin iş keyfiyyətinin yaxşılaşdırılması üçün şəraitin yaradılmasıdır.
Odur ki, qeyd olunam bu və digər tələblər yaxın 5-6 gün ərzində həllini tapmalıdır. Hazırda bu yöndə Tovuz şəhər stadionunda gücləndirilmiş iş rejiminə start verilib.
HƏBİB / SPORTİNFO.AZ

