“Turan” niyə yenə Tovuzdan “qaçaq” düşdü? - “Təmirə bağlanır” bəhanəsi

19 May 08:50 Turan 1 049
“Turan” niyə yenə Tovuzdan “qaçaq” düşdü? - “Təmirə bağlanır” bəhanəsi

“Turan Tovuz” Misli Premyer Liqasında sonuncu - 33-cü turda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, rəsmi məlumatda buna səbəb kimi Tovuz şəhər stadionunda təmir-bərpa işləri göstərilib:

“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının 33-xü turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.

Dəyərli "Turan" ailəsi!

Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.

2026/27 mövsümündə "Turan Tovuz" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...