Ölkəmizdə çıxış edən hücumçunu "Braqa" istəyir

16 May 13:40 Turan 1 662
Ölkəmizdə çıxış edən hücumçunu "Braqa" istəyir

"Turan Tovuz"un hücumçusu Joarlem Santos bir çox klubun transfer siyahısındadır.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçunu "Braqa" transfer etmək istəyir.

Portuqaliya klubu ilə yanaşı, Jo üçün Braziliyadan "Braqantino" da hərəkətə keçib.

Onun bu klubların təklifinə razılıq verib-verməyəcəyi hələ ki dəqiq deyil.

Təcrübəli forvardın "Turan Tovuz"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

31 yaşlı hücumçu "Linense", "Kapivariano"(Braziliya), "Mito"(Yaponiya), “Sportinq Kovilya”, “Şaviş”(Portuqaliya) klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!