O, “Sportinfo”nun yaydığı ŞOK TRANSFER xəbərini təsdiqlədi

20:40 Turan 179
O, “Sportinfo”nun yaydığı ŞOK TRANSFER xəbərini təsdiqlədi

Azərbaycan millisinin və «Turan Tovuz»un yarımmüdafiəçisi Ayxan Hüseynov Avropadan yeni təklif almasından xəbərdarsız.

Ona növbəti dəvət Almaniyadan gəlib.

Bu, «Darmştadt»dır. II Bundesliqada yarışan komanda həmyerlimizlə 2+1 illik müqavilə bağlamaq istəyini ortaya qoyub.

Dörd ildir «Turan Tovuz»un formasını geyinən Ayxanın mövcud kontraktı iyunda bitəcək. Onun məqsədi karyerasını ölkə xaricində davam etdirməkdir.

“Zenit”in yetirməsi 2022-ci ildən «Turan Tovuzdadır. Hüseynov daha öncə “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.

«Darmştadt» II Bundesliqanın ortabablarından sayılır. 33 tura 52 xal toplayan komanda turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

«Onunla bağlı hələ «Turan Tovuz» rəhbərliyi ilə görüşümüz olmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ayxan Hüseynovun meneceri Məhəmməd İsmayılov deyib.

O, qərb klubu ilə müqaviləsi başa çatmaq üzrə olan yarımmüdafiəçinin mövcud planları haqda məlumat verib. Bu sahənin bilicilərindən olan İsmayılov müştərisiylə bağlı yaydığımız xəbəri təsdiqləyib:

«Turan Tovuz» tərəfi bizə hər hansı maaş təklifi irəli sürməyib. Ayxana istər daxili, istərsə də xarici bazardan maraq var.

Azərbaycandan kənardan rəsmi təklif də gəlib artıq. «Darmştadt»ın onunla maraqlanması düz xəbərdir.

Həmin təklifi bir müddət əvvəl almışıq. Orada qeyd olunub ki, əgər klub Bundesliqaya vəsiqə qazanmasa, təklif qüvvəyə minəcək.

«Darmştadt» İkinci Bundesliqanın son turlarında xal itirdi və bir üst liqaya vəsiqə qazana bilmədi.

Futbolçunun maaş istəyi alacağı təkliflərdən asılıdır. Güman ki, çempionat qurtaran ərəfədə «Turan» rəhbərliyi ilə görüş olacaq və bu barədə danışılacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti