Premier Liqada bunu edə bilən ikinci ispaniyalı kimdir?

12 May 01:10 Turan 412
Premier Liqada bunu edə bilən ikinci ispaniyalı kimdir?

Misli Premyer Liqasının 31-ci turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!