Azərbaycanlı oyunçu komandasını avrokuboklara apardı - VİDEO

00:30 Turan 85
Azərbaycanlı oyunçu komandasını avrokuboklara apardı - VİDEO

Azərbaycan Premyer Liqasının XXXI turunda “Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Baş hakim Əkbər Əhmədovun idarə etdiyi qarşılaşmada tovuzluların yeganə qolunu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.

Beləliklə, bu qələbə ilə Tovuz təmsilçisi Premyer Liqada 3-cü pilləni və avrokuboklara vəsiqəni təmin edib.

Hazırda 14 xalı olan Fizuli Məmmədovun rəhbərlik etdiyi “Karvan-Yevlax” isə növbəti mövsüm Birinci Liqada çıxış edəcək.

"Turan Tovuz" - "Karvan-Yevlax"1:0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu