Kurban Berdiyev “qara siyahı”nı “Turan” rəhbərliyindən gizlətdi

14:00 Turan 114
Kurban Berdiyev “qara siyahı”nı “Turan” rəhbərliyindən gizlətdi

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev xidmətində maraqlı olmadığı futbolçuların «qara siyahı»sını müəyyənləşdirib.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, «Baba» ləqəbli mütəxəssis yay transfer çalışmalarıyla bağlı klub rəhbərliyi ilə danışıb.

74 yaşlı rusiyalı düşərgədən yola salacağı oyunçuların adlarını özü üçün dəqiqləşdirdiyini, lakin gözləmə mövqeyi tutduğunu söyləyib.

Berdiyev qeyd edib ki, o, bu məsələyə mayın 20-25-i aralığında nöqtə qoyacaq. Baş məşqçi ad çəkmədən diqqətə çatdırıb ki, 4-5 legioner və 2-3 yerli ilə vidalaşmağın vaxtı yetişib.

2024-cü ilin iyunundan bəri burada işləyən qoca deyib ki, hazırkı heyət onu qətiyyən razı salmır və Konfrans Liqasında yaxşı nəticələr qazanmaq istəyirlərsə, mütləq bir neçə səviyyəli legioner alınmalıdır.

Qərb klubu Premyer Liqanın geridə qalan 30 həftəsində 56 xal toplayıb.

Dördüncü-beşinci sıraları «Neftçi» ilə «Zirə»ni 5 xal qabaqlayan «bozqurdlar» bürünc medalçı kimi 32 il sonra avrokuboklara vəsiqə qazanmağa ən real namizəddir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı