Baş məşqçinin “Qoca” ilə bağlı planı - Müqaviləni artırın!

16:40 Turan 172
Baş məşqçinin “Qoca” ilə bağlı planı - Müqaviləni artırın!

Bir ayağı Avropada olan “Turan Tovuz” növbəti mövsümə Kurban Berdıyevin rəhbərliyi altında hazırlaşacaq.

Klub rəhbərliyi “Rubin”lə Rusiya Premyer Liqasının qalibi olmuş mütəxəssisin xidmətində maraqlıdır. Tərəflər arasında yeni sözləşmənin detalları ilə bağlı razılıq əldə olunub.

Kurban Bekiyeviç yeni mövsümün heyəti ilə bağlı planlarını klub rəhbərliyinə çatdırıb.

Avqustda 74 yaşı tamam olacaq təcrübəli baş məşqçinin planında Filip Ozobiç də yer alıb.

O, vaxtilə “Qəbələ”, “Qarabağ” və “Neftçi” kimi iddialıların şərəfini qorumuş yarımmüdafiəçinin xidmətindən avrokuboklarda faydalanmaq istəyir.

Berdıyev Azərbaycan millisinin 25 yaşlı sabiq üzvünün təcrübəsi ilə “Turan Tovuz”a fayda verəcəyinə əminliyini bildirib.

Üstəlik, növbəti mövsüm daxili yarışlarda da Ozobiçin komandaya kömək edə biləcəyi qənaətindədir.

Klubla müqaviləsinin müddəti bu ilin iyun ayına qədər olan Ozobiç önəmli qolların müəllifi olub.

Hazırda zədədən əziyyət çəkən “qoca” qərb təmsilçisinin heyətində 30 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti