“Turan Tovuz” 200 min versə, bu hücumçunu ala biləcək

09:40 Turan 184
“Turan Tovuz” 200 min versə, bu hücumçunu ala biləcək

“Turan Tovuz” Dioqo Almeydadan əl çəkmir. Konfrans Liqasına vəsiqə qazanmağa yaxın olan qərb klubu bu hucumçu üçün yenidən“İmişli”nin elçi daşının üzərində əyləşib. T

ovuzlular portuqaliyalı forvardı transfer etmək istədiklərini qarşı tərəfin diqqətinə çatdırıb.

25 yaşlı qolçunun “İmişli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Premyer Liqanın debütantı qışdan bəri Almeydanın arxasınca düşmüş “Turan“ın təklifini qəbul etməyə hazırdır. Yeganə tələbləri təzminatın ödənilməsidir. 200 min dollar ödənilsə, bu keçidə xeyir-dua verəcəklər.

Bölgə təmsilçisi onu “Akademiko Vizeu”dan (Portuqaliya) sıralarına cəlb edib. O, karyerası ərzində ikinci dəfə Portuqaliyadan kənara üz tutub.

2017-2018-ci illərdə İtaliyada - “Empoli”nin U-19 komandasında forma geyinib. Burada 1 il oynayan Dioqo daha sonra yenidən ölkəsinə qayıdıb və “Pasuş de Ferreyra”nın U-19 komandasına keçib.

Növbəti illərdə “Benfika”, “Kovilya”, “Mafra” kimi klublarda çıxış edən hücumçu 2024-cü ilin yanvarında “Akademiko Vizeu”ya üz tutub..

Almeyda karyerası ərzində 148 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib. O, hücumun mərkəzində və sağ cinahında oynaya bilir.

“Transfermarkt” portalında dəyəri 300 min avro göstərilən Almeyda 2019-cu ildə debüt etdiyi Portuqaliyanın U-20 yığmasında 2 oyuna çıxıb.

Adıçəkilən forvard “İmişli”nin ən ödənişli üzvlərindən biridir. Buradakı aylıq maaşı 9000 dollardır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti