"Turan Tovuz" zədəli müdafiəçisi Denis Marandiçi ilə yayda yollarını ayıracaq.
Ötən mövsüm ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la baş tutan görüşündə onun ayağı sınmışdı.
Öncə Bakıda, ardınca Portuqaliyada əməliyyat olunan moldovalının mövsümün ikinci yarısında kollektivə qoşulacağı gözlənilirdi.
Amma b,u baş verməyəcək.
Bərpası gözlənilən kimi getməyən futbolçu təkrar Portuqaliyaya qayıtmalı olub.
O, 2023-cü ildən bölgə klubunda çıxış edir.
Meydana çıxdığı 66 görüşdə 2 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

