"Turan Tovuz"da ciddi itki yaşanıb.
Komandanın vacib oyunçularından hesab olunan Filip Ozobiç mövsümü erkən başa vurmalı olub.
Yarımmüdafiəçi "Zirə" ilə ölkə kubokunun cavab görüşündən sonrakı məşqdə sıradan çıxıb.
Həkimlərin diaqnozu baş məşqçi Kurban Berdiyevi üzüb.
Millimizin sabiq üzvü qarşıdakı 4 görüşdə komandasına kömək edə bilməyəcək.
Milliləşdirilmiş xorvatiyalı bu mövsüm bölgə klubunun heyətində meydana çıxdığı 30 görüşdə 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

