Adlı-sanlı baş məşqçi növbəti mövsümü Azərbaycanda keçirəcək

16:00 Turan 197
Adlı-sanlı baş məşqçi növbəti mövsümü Azərbaycanda keçirəcək

2024-cü ilin iyunundan bəri «Turan Tovuz»u çalışdıran Kurban Berdiyevin müqəddəratı bəlli olub.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, rusiyalı mütəxəssis gələn mövsümü də burada keçirəcək. Çünki müqavilədə belə bir bənd var - əgər komanda avrokuboklara vəsiqə qazanarsa, onunla müqavilə avtomatik 1 il uzadılacaq.

Ötən mövsümü boşa verən «Baba» ləqəbli Berdiyev cari «futbol ili»ndə qarşısına qoyulan məqsədə çatmağa çox yaxındır.

Premyer Liqanın geridə qalan 29 turunda 56 xal toplayan qərb təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Dördüncü sıradakı «Zirə»ni 9 xal qabaqlayan komanda Konfrans Liqasının biraddımlığındadır.

Çempionatın son həftələrində bir qələbə kifayətdir ki, «Turan» 32 ildən sonra qitə arenasına dönüşünü rəsmiləşdirsin.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub.

O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti