Belə “Turan” Tovuz əhlinə lazımdırmı?

10:40 Turan 119
Belə “Turan” Tovuz əhlinə lazımdırmı?

«Tovuzda futbolu sevirlər» deyirik, amma… Bu sevgi tədricən öləziyir.

«Turan» 32 il sonra avrokuboklarda mübarizə aparmağa real namizəddir.

Şans düz qapının ağzına kimi gəlib. Mövsümü üçüncü yerdə bitirməyə çox yaxındırlar.

Belə bir gündə «Zirə» - turnir cədvəlində «Turan»ın ən yaxın təqibçisi Tovuza gəlir.

Qələbə yerli komandanı bürünc medalçısı və Konfrans Liqasının iştirakçısı edəcək qədər qiymətlidir.

Çox-çox təəssüf… Stadion dolmur. 5000-6000 tutumu olan tribunalarda xeyli boş yer gözə dəyir.

Bu, publikanın «Turan»a inamsızlığı, etimadsızlığı kimi qəbul edilməsin. Tovuz camaatı futbolu sevir, onu başa düşür.

Onlar çox şey istəmir, arzuladıqları tək şey «Turan»ın yaxşı futbol oynamasıdır. O oyunu isə Kurban Berdiyev komandaya oynatmır.

Stadionun dolmaması 2 ildir burada çalışan baş məşqçisinin futbol fəlsəfəsinə etirazın bariz nümunəsidir. Öz aramızdır da, tovuzlu fanat Berdiyevin «üçbucaq futbolu»nu niyə izləmək istəsin ki?

Axı bu, futboldan anlayan tərəfdar ordusu üçün əzab dəqiqələrindən başqa bir şey deyil.

Tovuz əhli «Turan»dan küsməyib, sadəcə, Berdiyevdən incikdir.

Komandanın qitə arenasına çıxmaqü zər olduğu bugünlərdə tribunalar dolub-daşmırsa, demək ki, dəstək mənasında hər şey pisliyə doğru gedəcək

. Camaat görür ki, Rəvan Həmzəzadə kimi hakimlər də «Turan»a kömək edir, bununla belə, 3 xal onların olmur, stadionda nə işləri var bir də?

Gəlmirlər və gəlməməklə də düz eləyirlər. Elin gözü tərəzidir e!

Səməd Paşayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti