Ölkəmizdə üç komanda dəyişdi, xoşbəxtliyi “Zirə”də tapdı

02:50 Turan 104
Ölkəmizdə üç komanda dəyişdi, xoşbəxtliyi “Zirə”də tapdı

Misli Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!