Ehtiram Quliyev bu dəfə daha çox verir… MARAQLI XƏBƏR VAR!

17:00 Turan 168
Ehtiram Quliyev bu dəfə daha çox verir… MARAQLI XƏBƏR VAR!

Misli Premyer Liqasında XXIX tura bu gün yekun vurulacaq.
"Turan Tovuz" öz rayonunda "Zirə"ni qəbul edəcək.
Bu komandaların ilk dövrədəki görüşündə heç-heçə qeydə alınıb, ikinci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb.
Üçüncü duel minimum bürünc medalın taleyini həll edəcək. 55 xala malik qərblilər "qartallar"ı 10 xal qabaqlayır. Qalib gəlsələr, ən azından 3-cü pilləni tutaraq, Konfrans Liqasına vəsiqəni qarantiya altına alacaqlar.
Komandalar arasında prinsipiallıq yüksək səviyyədədir. "Turan" ökə kubokunun yarımfinal mərhələsində qəsəbə təmsilçisinə məğlubiyyəti hələ də həzm edə bilmir. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin 0:2 hesabıyla uduzduqları ilk matçın ardından mediaya verdiyi sərt və yöndəmsiz açıqlamalar, referi Əliyar Ağayevə ünvanladığı ittihamlar hələ hafizələrdən silinməyib. Məğlubiyyətin günahını baş hakimdə görən iş adamının cavab qarşılaşması üçün təyin etdiyi 200 min manat mükafat da heç nəyə yaramadı. Bu gün isə o, 100 min manatından keçməyə hazırdır. Təki "Zirə" üzərində qələbəyə canlı şahidlik etsin.
Quliyev bu sezon "Turan"a dəfələrlə mükafat verib. Maksimum məbləğ 50-60 min manat olub, onu keçməyib.
SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti