SON DƏQİQƏ: Bu komanda avrokubokda rəqibini doğma rayonda qəbul etməyəcək?

16:40 Turan 353
SON DƏQİQƏ: Bu komanda avrokubokda rəqibini doğma rayonda qəbul etməyəcək?

“Turan Tovuz” avrokuboklara vəsiqəni böyük ölçüdə təmin edib

Sadəcə, bir sualın cavabı qalıb.

Qərblilər Avropa Liqasında mübarizə aparacaq, yoxsa Konfrans Liqasında?

Hər bir halda, bu, tovuzlu futbolsevərlər üçün futbol bayramına çevriləcək. Sevimli komandalarını 32 ildən sonra Avropa arenalarında görməkdən gözəl nə ola bilər ki?

Məlum məsələdir ki, “Turan Tovuz” ilkin təsnifat mərhələsindəki rəqibini doğma şəhərdə keçirəcək. Ot örtüyünün dəyişdirilməsi, stadionda müəyyən işlərin aparılması buna hesablanıb.

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunun müasir standartlara cavab veməsi klub rəhbərliyini müəmma qarşısında qoyub.

“Turan Tovuz”un əsas söz sahibi Ehtiram Quliyev yaxın ətrafı ilə söhbətdə rəqibləri Gəncədə qəbul etməklə bağlı təklifə qulaq yoldaşı olub.

Bu, ilkin mərhələdə də ola bilər, ikincidə də. Təbii ki, birinci rəqibi keçmək mümkün olsa.

Gəncə şəhər stadionunda azarkeş tutumunun çox olması, örtüyün müasir standartlara cavab verməsi, şəraitin göz oxşaması və ən əsası,

Gəncə ilə Tovuz arasında məsafə azlığı (80 kilometr) bu variantı ağlabatan edir.

Hələ ki, bu barədə yekun qərar verilməyib. Çünki ilk növbədə avrokuboklara vəsiqəni rəsmiləşdirmək lazımdır.

Bu, baş verəndən sonra məşqçi və futbolçu heyəti ilə müqavilələrin yenilənməsi prosesi ilə yanaşı, stadionla bağlı suala da aydınlıq gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!