Ayxan Huseynov «Turan Tovuz» rəhbərliyinin kefinə soğan doğrayıb.
Ayxan Abbasovun ilk dəfə milliyə çağırdığı yarımmüdafiəçi yeni müqavilə təklifini geri çevirib.
26 yaşlı cinah oyunçusu 4 ildir formasını geyindiyi komandadan ayrılmaq istədiyini bildirib.
Kontraktı iyunda bitəcək Hüseynov karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir. O, menecerinin Avropadan bir neçə klubla danışıqlar apardığını söyləyərək, 2+1 illik anlaşmaya imza atmayıb.
“Zenit”in yetirməsi 2022-ci ildən «Turan Tovuzdadır. Hüseynov daha öncə “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.
SPORTİNFO.AZ

