"Turan Tovuz"un yarımmüdafiəçisi Roberto Olabe Sportinfo.az-a açıqlama verib.
Ötən yaydan ölkəmizdə top qovan ispaniyalı Azərbaycan futbolu barədə düşüncələrini bizimlə bölüşüb.
"Çempionat çox inkişafdadır. Burada çox güclü oyunçular var.
Bura gəlməkdən məmnunam. Əlimdən gələn hər şeyi etmək istəyirəm.
Özümü çox rahat hiss edirəm burada. Futbol inkişaf yoluna yeni qədəm qoyub. Yaxın gələcəkdə daha yaxşı yerlərdə ola bilər".
Orta sahə oyunçusu ona xoş olmayan cəhətin infrastruktur olduğunu sözlərinə əlavə edib:
"Yeganə nöqsan stadionlarla bağlıdır. Meydançalar yaxşı vəziyyətdə deyil.
İnfrastrukturu daha yaxşı etmək lazımdır. Futbolda bu çox vacib məsələdir.
Azarkeşlərin oyunlara az gəlməsini də qeyd edə bilərəm. Amma bu sözlər bizim kluba aid deyil. Çünki Azərbaycanda ən güclü azarkeşlər bizdədir".
XANOĞLAN

