İş adamı komandasını qızışdırdı, “Zirə”nin “baş”ına FANTASTİK MƏBLƏĞ qoydu!

13:00 Turan 265
İş adamı komandasını qızışdırdı, “Zirə”nin “baş”ına FANTASTİK MƏBLƏĞ qoydu!

Bu gün ölkə kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. İlk gündə 1 qarşılaşma keçiriləcək.

«Zirə» doğma qəsəbədə «Turan Tovuz»la üz-üzə gələcək. İ

lk görüşdə «qartallar»a 0:2 hesabıyla uduzmuş qərb təmsilçisi həlledici matça böyük motivasiya ilə çıxacaq.

Klub rəhbərliyi revanş almaq və finala vəsiqə naminə «kisənin ağzını geniş» açıb».

«Turan Tovuz»dan aldığımız məlumata görə, Ehtiram Quliyev bu məqsədlə 200 min manat mükafat təyin edib. Komanda qarşısına qoyulan məqsədə çatarsa, İdarə Heyətinin sədri bu məbləği daha da artıracağına söz verib.

Bu qarşılaşma E.Quliyev üçün ikiqat prinsipiallıq daşıyır. Yəqin ki, onun ilk dueldən sonra referi Əliyar Ağayev haqda söylədikləri hələ yadınıdan çıxmayıb.

Funksioner adıçəkilən baş hakimi məğlubiyyətə əsas səbəbkar kimi göstərib. Mediaya verdiyi açıqlamalarda «qırmızı xətt»i keçdiyi, təxribat xarakterli fikirlər söylədiyi üçün AFFA sədri 15 min manat cərimələyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti