Müqaviləsini uzatmaq istəyənlər və Berdiyevin duaları

19 Aprel 22:05 Turan 167
Müqaviləsini uzatmaq istəyənlər və Berdiyevin duaları

«Turan Tovuz» artıq avrokuboklardadır.

55 xalla turnir cədvəlinin üçüncü pilləsində gedirlər, sona isə cəmi 5 tur qalıb.

Ən azından Konfrans Liqası onların yolunu gözləyir. Bir balaca bəxtləri də gətirsə, ikinci yeri tutacaqlar.

Bəxt demişkən, «Araz-Naxçıvan» önündə şans yenə «Turan»ın üzünə güldü.

Futbol ilahəsi də istədi ki, onlar Sumqayıtda qalib gəlsin. Əsasən də ilk hissədə.

Qonaqlar fasiləyədək zəif təsir bağışladı, bununla belə, Kurban Berdiyevin 45 dəqiqə dodaqaltı pıçıldadığı dualar müstəcəb oldu.

Mövsümün finiş mərhələsinə yaxınlaşmaq üzrəyik. İndi hamı özünü göstərmək istəyir. Ki, yayda onlarla yeni müqavilə imzalansın.

«Turan»da belələrinin sayı az deyil. Kontraktı uzatmaq naminə özlərini oda-közə vurmağa başlayıblar.

Jo Batista Sumqayıtda dubla imza atdı. Bu, braziliyalı hücumçunun son iki turda sayca üçüncü qoludur.

«Turan»da hamının tənbil kimi tanıdığı Batista «Araz»ın müdafiəçilərinin səhvlərini bağışlamadı. İbrahima Vadji də uzun müddət sonra fərqləndi.

O birilər də ikinci hissədə tərpəniş göstərdi, az xətayla yadda qaldı.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 19:40 Çək və bizə göndər!