Berdiyev “Turan”ı Avropada BİABIR etmək niyyətindədir?

09:40 Turan 219
Berdiyev “Turan”ı Avropada BİABIR etmək niyyətindədir?

Aylarla sürən intizar bitdi, «Turan» Tovuza qayıtdı.

Bu geridönüş «Sumqayıt»ı məğlub etməklə nəticələndi.

«Turan» heç vaxt olmadığı qədər avrokuboklara yaxındır. Üçüncü yeri tutacaqları inandırıcıdır.

«Zirə» ilə «Neftçi», böyük ehtimalla, dördüncü pillə uğrunda savaşacaq.

Kurban Berdiyev qitəmiqyaslı turnirin ilk oyunlarını Tovuzda keçirmək istədiklərini bildirib. UEFA icazə verəcək, ya verməyəcək, bu, təftişdən sonra məlum olacaq.

Bizim gördüyümüz ondan ibarətdir ki, «Turan» avrokuboklara hazır deyil. Komandanı heyətini gücləndirsə də, gücləndirməsə də, əgər bu oyun tərzi dəyişməsə, «Turan»ı Biləcəridən o tərəfdə fiasko gözləyir.

«Sumqayıt» iddiasını itimiş, 10 oyundan artıqdır qələbə qazana bilməyən, baş məşqçisi Saşa İliçin gedişinə hazırlaşan rəqibdir.

«Turan» doğma publika önündə bu komandaya qarşı müdafiə taktikası seçir, 40 dəqiqə qapı ağzında «avtobus parkı» salır.

Ayıbdır e!

Berdiyev fikirləşməsin ki, avrokuboklarda futbolçularından belə oynamağı tələb eləsə, Tovuz azarkeşi onu alqışlayacaq.

Kimin əlində, ayağında nə varsa, çıxarıb texniki zonaya tullayacaq.

Səməd Paşayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti