"Turan" Tovuza qayıdışını qələbə ilə “yudu” - VİDEO

00:40 Turan 109
"Turan" Tovuza qayıdışını qələbə ilə “yudu” - VİDEO

Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə Tovuz təmsilçisinin qollarını Filip Ozobiç (9-cu dəq) və Joarlem Santos (50-ci dəq) vurublar.

Rəqibin heyətində isə Rayan Serhadji (64-cü dəq) fərqlənib.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası 52 xalla turnir cədvəlinin 3-cü, Saşa İliçin komandası isə 32 xalla 7-ci pilləsində qərarlaşıb.

“Turan Tovuz” - “Sumqayıt- 2:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!