Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Sportinfo.az xəbər verir ki, keçirilmiş test oyununun nəticələrinə əsasən, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionunda həyata keçirilməsi qərara alınıb.
Beləliklə, 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən oyunlar Tovuz şəhər stadionunda keçiriləcək.
Daha əvvəl klub ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Cari mövsümdə meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Tovuzda keçirə bilməyib.

