“Turan Tovuz”un aylardır davam edən problemi - İntizar bitir...

13:00 Turan 415
“Turan Tovuz”un aylardır davam edən problemi - İntizar bitir...

“Turan Tovuz”un doğma rayona qayıdışı gerçəkləşmək üzrədir.

Yenilənmə işlərindən sonra Tovuz şəhər stadionunun çempionat oyunlarını qəbul etməyə hazır olub-olmadığını müəyyənləşdirmək üçün Peşəkar Futbol Liqasından (PFL) gedəcək təftiş qrupunun iştirakı ilə bu gün yoxlama oyunu keçiriləcək.

Meydana “Turan Tovuz”un U-16 və U-17 komandaları çıxacaq. Matç saat 14.00-da start götürəcək. Yalnız həmin oyundan sonra stadionla bağlı yekun qərar veriləcək.

PFL-dən əldə etdiyimiz son məlumata görə, arenanın hazırkı durumu normaldır.

Qazon əvvəlki aylar və həftələrlə müqayisədə yaxşılaşıb.Çox böyük ehtimalla, «bozqurdlar» növıbəti ev oyununu doğma məkanda qəbul edəcək.

Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan" cari mövsümün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul etdi.

Noyabrın 2-də “Şamaxı” ilə ev oyununu doğma stadionda keçirə bildilər. Amma elə həmin vaxt qazonun ideal vəziyyətdə olmadığı göründü.

Ardından, yəni noyabrın 28-də “Neftçi”, dekabrın 13-də “Sabah” ilə ev oyunlarını Tovuzda keçirən komanda mövsümün ilk yarısını yola verdi.

“Turan Tovuz” yanvarın 25-də “Sumqayıt”la ev oyununu Sumqayıtda keçirdi, fevralda ev oyunları üçün yenidən “Azərsun Arena”ya sığındı.

Burada “Karvan-Yevlax”, “Zirə” və “İmişli” ilə oyunlar keçiriləndən sonra bəlli oldu ki, növbəti dəfə köçmək lazımdır. Çünki “Azərsun Arena” da təmirə bağlanır.

Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt”ın razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz”un Misli Premyer Liqasının 25-ci tur qarşılaşmasını və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib.

PFL-in saytında yer alan 27-ci turun afişasında aprelin 12-də, saat 18.00-a nəzərdə tutulan “Turan” - “Sumqayıt” oyununun keçiriləcəyi yer kimi Tovuz şəhər stadionu göstərilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti