Bölgə təmsilçisi tarixi ilkin astanasında – 34 ildə ilk dəfə...

2 Aprel 20:40 Turan 66
Bölgə təmsilçisi tarixi ilkin astanasında – 34 ildə ilk dəfə...

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Turan Tovuz” “Zirə”ni qəbul edəcək.

Tovuz şəhər stadionunun qazonu hazır vəziyyətdə olmadığından, qərblilər rəqubini Sumqayıtda qəbul edəcək.

Yarımfinal qarşılaşmaları “Turan Tovuz” üçün böyük əhəmiyyət kəsb edir.

Belə ki, Tovuz təmsilçisi müstəqillik tarixində bir dəfə də olsun Azərbaycan kubokunu qazanmayıb. Bu, bir tərəfə, hətta finalda belə yüksəlməyib.

1994/95 mövsümündə Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən bölgə komandası Premyer Liqada dəfələrlə mükafatçı olmasına baxmayaraq, kubokun final həyəcanını hiss etməyib.

“Zirə” ilə qarşılaşmalar həm 34 illik intizara son qoymaq, həm də Avropa Liqasına vəsiqə qazanmaq üçün olduqca vacibdir.

Maraq üçün bildirək ki, Azərbaycan kubokunu qazanan komanda ölkəmizi Avropa Liqasında təmsil etmək imkanı qazanacaq.

Yox, çempion olan kollektiv həm də kuboku əldə etsə, o zaman Premyer Liqanın 2-cisi Avropa Liqasına yollanacaq.

Aprelin 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Zirə” oyunu saat 17:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti