"Qəbələ" qara gündə - VİDEO

00:30 Turan 63
"Qəbələ" qara gündə - VİDEO

Misli Premyer Liqasında XXV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

"Turan Tovuz"un heyətində Hayderson Hurtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub.

Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.

"Turan Tovuz" 48 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 16 xala malik "Qəbələ" isə 11-cidir.

"Turan Tovuz" - "Qəbələ" 3:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti