"Buranın sahibi kimi danışmaq tezdir" - Kurban Berdiyev

19:15 Turan 116
"Buranın sahibi kimi danışmaq tezdir" - Kurban Berdiyev

Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulub. Son matçda "Turan Tovuz" "Qəbələ" önünə çıxıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev matç haqda fikirlərini bildirib:

"Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti