“Kəpəz”lə oyunlarımız həmişə çətin keçib. Bu dəfə də asan olmayacağını bilirdik”.
“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev Sportinfo.az-a açıqlamasında “Kəpəz”lə qarşılaşmanı dəyərləndirib.
Avrokuboklara vəsiqə uğrunda inamla addınlayan tovuzluların son matçlarda qazandığı nəticələr Yevlaxda növbəti 3 xala sevinəcəyi ehtimalını yüksəltmişdi.
Həm də Azərbaycan kubokunda rəqib olan komandaların duelində “Turan Tovuz” “Kəpəz”i hər iki matçda üstələyərək yarımfinala yüksəlmişdi.
Gəncə təmsilçisinin cari mövsümdə baş tutan 4 görüşün hamısında uduzması və qərblilərin qapısına 1 qol vura bilməməsi də maraqlı məqam idi.
Gərgin keçən duelin sonunda komandalar hərəyə 1 qol vurmaqla 1 xala nail oldu.
Maraqlıdır ki, Hacıyev 2 xal itirdiklərini yox, 1 xal qazandıqlarını düşünür:
“Meydana qələbə üçün çıxmışdıq. Məqsədimiz uğurlu seriyanın davamını gətirmək idi.
Təəssüf ki, meydandan 1 xalla ayrıldıq. Bu nəticə bizim üçün qənaətbəxş sayıla bilməz.
Bu oyundan nəticə çıxarıb növbəti oyunlara hazırlaşmalıyıq. Elə dönəmdəyik ki, hər qazanılan xalın önəmi var.
Çünki qazanılan xallar bizi rəqiblərdən uzaqlaşdırır. Məncə, 1 xal qazandıq. 2 xal itirdik deməklə “Kəpəz”ə hörmətsizlik etmək istəmirəm.
“Zirə”nin “Qarabağ”a məğlub olduğunu nəzərə alsaq, heç-heçə ilə xal fərqini bir az da artırdıq.
Arxayınlaşmaq fikrimiz yoxdur. Çünki hələ heç nə etməmişik”.
24 turdan sonra aktivində 45 xal olan “Turan Tovuz” 3-cü pillədə qərarlaşıb.
HƏBİB

