17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Sportinfo.az xəbər verir ki, komanda Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunun oyunlarında iştirak etmək üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yola düşəcək.
B Liqasının ikinci qrupunda yer alan U-17 millimiz bu mərhələdə Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacaq.
Bakıdakı təlim-məşq toplanışı üçün milliyə dəvət olunan futbolçular arasında “Turan Tovuz”un üzvü Əli Kiçibəyov da yer alıb.

