Ehtiram Quliyev və onlar "Turan"ın pis günündə harada gizlənmişdi?

19:00 Turan 4
Ehtiram Quliyev və onlar "Turan"ın pis günündə harada gizlənmişdi?

"Turan Tovuz" qələbə qazanan kimi bəzi tovuzlu azarkeşlər şəxsimə mesaj yazır.

Müxtəlif platformalardan...

Ki, guya bölgə klubuna qarşı qərəzliyəm.

Əvvəla mənim "Turan Tovuz" klubu ilə heç bir işim yoxdur.

Əksinə, region təmsilçisinə hər zaman hörmət etmişəm.

Hətta illərlə aşağı liqada gününü keçirəndən ən böyük dəstəkçisi olmuşam. Klub rəhbəri Ehtiram Quliyev başda olmaqla bu gün klubun ətrafında cəm olanların əksəriyyəti onda harda idi?

Niyə klub Premyer Liqaya yüksələndən sonra "Turan", Tovuz yada düşdü?

Bəli, klubu tənqid etmişəm/edirəm.

Düzəlməsə edəcəm də...

Baş məşqçi Kurban Berdiyevin işini, ona bu qədər güvənən rəhbərliyi.

"Neftçi"ni kritik oyunda udub, "Kəpəz", "İmişli" kimi aşkar autsayderlə görüşlərdə xal itirməsinə tərif deməliydim?

Mənzərə yeni deyil.

"Turan"ın qeyri-sabit çıxışı ötən mövsümdən tanışdır.

Liqaya necə başlamışdı, necə bitirdi?

Bu sezon da təxminən onun bənzəridir.

Avrokuboklara gedəcəksə də buna görə "Neftçi"də və "Araz-Naxçıvan"da yaşanan dərin böhrana borcludur.

Əbəs deyil ki, yerli publika da bu qədər imkanlar, resurslar qarşılığında ortaya qoyulan oyundan məmnun deyil.

Hər halda, cəmi bir neçə ay əvvəl Tovuz şəhər stadionunda Berdıyevi istefaya səsləyən mən deyildim.

Heç "Kəpəz"lə son görüşdən sonra klubun sosial şəbəkə hesabında narazılıq əks olunan şərhləri yazan da mən deyildim.

Yəni mən gördüyümü, bir çox tovuzlu azarkeşlər də görürür.

Yox, bu qədər açıq həqiqəti görmək kiminsə maraqlarına xidmət etmirsə, o mənim problemim deyil"Turan Tovuz" qələbə qazanan kimi bəzi tovuzlu azarkeşlər şəxsimə mesaj yazır.

Müxtəlif platformalardan...

Ki, guya bölgə klubuna qarşı qərəzliyəm.

Əvvəla mənim "Turan Tovuz" klubu ilə heç bir işim yoxdur.

Əksinə, region təmsilçisinə hər zaman hörmət etmişəm.

Hətta illərlə aşağı liqada gününü keçirəndən ən böyük dəstəkçisi olmuşam. Klub rəhbəri Ehtiram Quliyev başda olmaqla bu gün klubun ətrafında cəm olanların əksəriyyəti onda harda idi?

Bəli, klubu tənqid etmişəm/edirəm.

Düzəlməsə edəcəm də...

Baş məşqçi Kurban Berdiyevin işini, ona bu qədər güvənən rəhbərliyi.

"Neftçi"ni kritik oyunda udub, "Kəpəz", "İmişli" kimi aşkar autsayderlə görüşlərdə xal itirməsinə tərif deməliydim?

Mənzərə yeni deyil.

"Turan"ın qeyri-sabit çıxışı ötən mövsümdən tanışdır.

Liqaya necə başlamışdı, necə bitirdi?

Bu sezon da təxminən onun bənzəridir.

Avrokuboklara gedəcəksə də buna görə "Neftçi"də və "Araz-Naxçıvan"da yaşanan dərin böhrana borcludur.

Əbəs deyil ki, yerli publika da bu qədər imkanlar, resurslar qarşılığında ortaya qoyulan oyundan məmnun deyil.

Hər halda, cəmi bir neçə ay əvvəl Tovuz şəhər stadionunda Berdıyevi istefaya səsləyən mən deyildim.

Heç "Kəpəz"lə son görüşdən sonra klubun sosial şəbəkə hesabında narazılıq əks olunan şərhləri yazan da mən deyildim.

Yəni mən gördüyümü, bir çox tovuzlu azarkeşlər də görürür.

Yox, bu qədər açıq həqiqəti görmək kiminsə maraqlarına xidmət etmirsə, o mənim problemim deyil.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti