"Turan Tovuz"un yarımmüdafiəçisi David Tavareşin sabah 27 yaşı tamam olacaq.
Bölgə klubu 1 gün öncə ənənəvi olaraq təbrik postu paylaşıb.
Tovuzlu fanatlar orta sahə oyunçusunun xoş günündə ünvanına təbrikdən çox tənqid yağdırıblar.
"Bu kimdir?".
"Yoldaş David, həkimlərlə istirahət müqavilən çoxdan bitib. Görsət də oyununu. Daha bu qədər də olmaz axı".
"Ad günü qeyd etməyə gəlib. Mübarək olsun. And içmək üçün bir oyuna çıxsın".
"Buna təbrik düşmür".
"Ad günün mübarək, David bəy.
Nə vaxt möhtəşəm oyun sərgiləyəcəksən?".
"Ad günün mübarək yüz yaşa!
Bu sezonu yata-yata yola verdin, gör gələn sezonu neyniyirsən".
"Təbrik edirəm. Gün o gün olsun oyununu görək".
"Ooo Tavareş. İnşallah, böyüyüb oyunlara çıxar".
Fanatların Kabo-Verdedən olan oyunçuya qarşı bu qədər qəzəbli olması təsadüfi deyil.
"20 nömrə" ötən yay böyük ümidlərlə transfer edilmişdi.
Onunla bu səbəbdən 3 illik uzunmüddətli anlaşma imzalanmışdı.
Şəxsən klub prezidenti Ehtiram Quliyev onun keçidini elan etmişdi.
Amma gəldiyi gündən zədələr ilə məşğul olan Tavareş arxada qalan müddətdə cəmi 1 dəqiqə "Turan Tovuz" formasında meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

