Yanıüstü yatıb, palçığa bulaşmaq mənasızdır.
Ehtiram Quliyev «hər nə olur olsun, Kurban Berdiyevin arxasındayıq» deməklə deyil ki…
Böyük ehtimalla, «Turan Tovuz» buy ay avrokuboklara gedəcək. Oynadıqları futbolla ora layiq olmasalar da.
Mövsümün əvvəlindən bəri iki cür «Turan» izləməkdəyik.
İddialılarla üz-üzə gələn «Turan» başqadır, ortabab və zəiflərlə qarşılaşan «Turan» başqa.
Sanki iki ayrı-ayrı, bir-birindən 1000 km uzaqlıqda yerləşən, tamam fərqli komandalardır.
Bu fakt Berdiyevin işinə qiymət verməyin ən asan yoludur.
«Turan» güclülərlə güclü, iddiasızlarla elə-belə futbol sərgiləyirsə, demək ki, baş məşqçinin futbolçulara müsbət təsirindən söz etmək gülüncdür.
Ali məqsədi Premyer Liqada qalmaq olan «Kəpəz»dən heç nəylə fərqlənməyən, hücum fazası «mırıq diş» görünən «Turan»ın şanlı-şöhrətli o baş məşqçisi hanı?
10 dəqiqəni ayaqüstü keçirməklə, hər epizoda əsəbiləşməklə nə olur ki?
«Turan» iki-üç legionerin ayqları üzərində yeriyir. Komanda adlandırmaq olmaz onu.
Qoy, Quliyev nə qədər istəyir tərifləsin Berdiyevi. Bu, mənzərəni dəyişmir.
MUSA

