Zədələndi, oyuna davam edə bilmədi - "Turan”ın müdafiəçisi

16 Mart 02:40 Turan 609
Zədələndi, oyuna davam edə bilmədi - "Turan”ın müdafiəçisi

Misli Premyer Liqasının XXIV turunda “Kəpəz”lə qarşılaşan “Turan Tovuz”da ciddi itki yaşanıb.

Sportinfo.az xəbər verir ki, Tovuz klubunun müdafiəçisi Enrike Silva sıradan çıxıb.

Belə ki, 31 yaşlı futbolçu birinci hissənin son dəqiqələrində yarımmüdafiənin mərkəzində birəbir mübarizə zamanı zədələnib və oyuna davam edə bilməyib.

Braziliyalının zədəsinin ciddi olub-olmaması matçdan sonra dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!