Ehtiram Quliyev niyə “Turan Tovuz”a xərclənən PULLARI GİZLƏDİR?

17:40 Turan 125
Ehtiram Quliyev niyə “Turan Tovuz”a xərclənən PULLARI GİZLƏDİR?

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev mediaya verdiyi son müsahibədə bəzi iddialarla çıxış edib.

Məsələn, baş məşqçi Kurban Berdıyevin işindən razı olduğunu bildirən rəhbər deyib:

«Onun arxasındayıq, nə olur olsun. Bizim oyunumuz budur. Büdcəmiz buna çatır. Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik. İndidən çempionatda neçənci olacağımızı deyə bilmərəm. Lakin plan da buna görə qurulmuşdu, baş məşqçi də buna görə seçilmişdi. Hədəf az büdcə ilə nəticə qazanmaqdır. Hər hansı bir dəyişiklik olmayıb. Geridə qalan müddətdə əldə olunan nəticələr bizi qane edir».

Quliyevin söylədikləri içində diqqətçəkən hissə «Büdcəmiz buna çatır, hazırkı büdcə ilə bu futbolu oynaya bilərik» açıqlamasıdır.

Sədrin söylədikləri gerçəyi əks etdirirmi? Təəssüf ki, o, yenə səmimi deyil.

Elə təsəvvür yaratmağa çalışır ki, sanki «Turan Tovuz» büdcəsinə görə Premyer Liqanın ortabablarından biridir və komanda turnir cədvəlində üçüncü yerdə gedirsə, Kurban Berdiyev böyük qəhrəmanlıq göstərib.

Rusiyalı «Baba» Azərbaycan çempionatında çalışan həmkarları içərisində ən yüksəködənişli iki məşqçidən biridir.

800 min dollar maaşı «Sabah» verir yoxsa Valdas Dambruaskasa? Bəlkə Yuri Vernidub bu qədər məvacib alır «Neftçi»dən?

Oyunçulara gəlincə, İbrahima Vadjinin «Sent-Etyen»dən, Filipp Ozobiçin «Neftçi»dən dəvət olunması, sizcə, 5-10 min dollara başa gəlib?

Vaxtilə «Qarabağ»ın formasını geyinmiş bu oyunçuların böyür-başına Xorxe Silvanı əlavə edək.

Berdiyevin geridə qalan 23 tur ərzində üst-üstə 1 saat şans vermədiyi portuqaliyalı yarımmüdafiəçi David Tavareşin aylıq məvacibi 10 min dollardır.

Vadji 350 min dollar, Ozobiç 220 min dollar civarında illik kontrakta imza atıb. biz hələ digərlərini demirik.

Belə olan halda, Ehtiram Quliyevin büdcə mövzusunda ağlamsınan kimi danışması qətiyyən inandırıcı görünmür.

O və dostları tərəfindən bu mövsüm əsas komandaya kifayət qədər böyük məbləğlər xərclənib. Elə isə ta zəhmətdən keçib, başqa klubların da büdcələrini araşdırsın.

Çempionatın lideri olan «Sabah»ın özündə bu qədər bahalı oyunçu yoxdur.

Ötən iki mövsümdə Avropa səhnəsinə çıxmış «Zirə»nin hal-hazırda ən ödənişli oyunçusu Ruan Renatodur. Qəsəbə təmsilçisi braziliyalı müdafiəçiyə 270 min dollar ödəyir.

Ehtiram Quliyev «Turan Tovuz»un kasıbyanə büdcə ilə medallar uğrunda mübarizə apardığını söyləməklə, yalnız ölkənin futbol bazarından bixəbərləri inandıra bilər, bizləri yox!

Mütəvazi klub saxladıqlarını iddia etməkdənsə, aradabir futbolçulara nəqd şəkildə ödədiyi pullardan da söz açsa, hə, onda deyərik ki, o, əyri oturub düz danışmağı bacarır.

Səməd Paşayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti