Hakimə qarşı kobudluq edən Berdıyevin cəzası yumşaldıldı - VİDEO

01:10 Turan 67
Hakimə qarşı kobudluq edən Berdıyevin cəzası yumşaldıldı - VİDEO

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarlarını açıqlayıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

Azərbaycan kubokunda 1/4 finalının “Kəpəz”lə ilk oyununun 64-cü dəqiqəsində “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev dördüncü hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və Tovuz komandasının 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilib.

Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib və Kurban Berdiyevin cəzası 3 oyuna endirilib. "Turan Tovuz” klubuna isə 6000 manat cərimə cəzası tətbiq edilib.

Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti