“Neftçi”ni 1 qolla uddular, o qədər pul aldılar ki…

13:00 Turan 230
“Neftçi”ni 1 qolla uddular, o qədər pul aldılar ki…

«Turan Tovuz» Premyer Liqanın 23-cü turunda sürprizə imza atdı.

«Neftçi»nin qonağı olan qərb təmsilçisi 1:0 hesablı qələbə qazandı.

Jo Batistanın ikinci hissədə vurduğu qolla 3 xal məqsədinə çatan qonaqlar avrokuboklara vəsiqə yolunda mühüm addım atmış oldu.

Turnir cədvəlinin üçüncü pilləsində möhkəmlənən tovuzlular böyük mükafat əldə edib.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev matçdan sonra əlini cibinə salmalı olub və komandaya 100 min manat civarında «ənam» hədiyyə edib.

Hazırda 44 xala malik «Turan» ən yaxın izləyicisi «Zirə»ni 5 xal qabaqlayır.

Əyalət təmsilçisi ondan bir üstədəki «Qarabağ»dan 5 xal geridədir. Lider «Sabah»la onlar arasındakı xal fərqi isə 12-dir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti