“Neftçi” ilə heç-heçə? Xeyr, ancaq...” - Bu açıqlama çox şeyi deyir

19:20 Turan 126
“Neftçi” ilə heç-heçə? Xeyr, ancaq...” - Bu açıqlama çox şeyi deyir

Bu gün ölkə futbol ictimaiyyətinin gözləri “Palms Sports Arena”da olacaq.

Premyer Liqanın 23-cü turu çərçivəsində “Neftçi” doğma meydanında “Turan Tovuz”u qəbul edəcək.

Bu oyunda qələbə bakılılara hava-su kimi lazımdır.

Lakin qərb təmsilçisi də eyni həvəsdədir. Mümkün 3 xal sayəsində 3-cü pillədəki yerini möhkəmləndirib avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etmək istəyi var.

Bölgə komandasının portuqaliyalı müdafiəçisi Xorxe Silva Sportinfo.az-a açıqlamasında vacib oyun barədə danışıb:

“Neftçi” keyfiyyətli futbolçulardan təşkil olunmuş güclü rəqibdir. Turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Bu, onlar üçün final əhəmiyyətli oyundur.

Hansı məsuliyyətin altına girdiyimizi anlayırıq. Düzgün yoldayıq və bu yolu uğurlu davam etdirmək üçün qələbə qazanmaq mütləqdir.

Səfərdə oynamağımız “Neftçi” üçün üstünlük sayıla bilər. Lakin biz də dəstəksiz qalmayacağıq. Əminəm ki, azarkeşlərimizin sayı çox olacaq və lazım olan dəstəyi görəcəyik.

Heç-heçə? Xeyr, ancaq qələbə barədə düşünürük”.

Martın 9-da “Palms Sports Arena”da gerçəkləşəcək duel saat 20:30-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti