Kolumbiyalı müdafiəçi “Neftçi”ni tərifləsə də… MÜSAHİBƏ

02:30 Turan 117
Kolumbiyalı müdafiəçi “Neftçi”ni tərifləsə də… MÜSAHİBƏ

Sportinfo.az “Turan Tovuz”un kolumbiyalı müdafiəçisi Hayderson Hurtadonun müsahibəsini təqdim edir:

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”ı məğlub etməklə (2:0) yarımfinala adladınız. Matçla bağlı nə deyə bilərsiniz?

- İlk görüşdə 1:0 hesablı qələbə qazanmışdıq. Bilirdik ki, arxayınlaşa bilmərik. Ona görə görüşə çox ciddi hazırlaşmışdıq. Yaxşı oynadıq. Bizim üçün vacib olan qələbə qazandıq.

- Matçda hesabı açdığınızı nəzərə alsaq, öz çıxışınızdan razı qaldığınız?

- Məncə, yaxşı qol vurdum (gülür). Buna görə təbii ki, çox sevinirəm. Hər matçda məqsədim komandama faydalı olmaqdır.

- Yarımfinalda “Zirə” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- “Zirə”nin nəyə qadir olduğunu bilirik. Çox yaxşı komandadır. Ona görə də indidən bizi qarşıda iki vacib matçın gözlədiyini söyləmək olar. Lakin hazırda çempionatı fikirləşməliyik.

- Düşünümürsünüz ki, “Turan Tovuz” üçün Avropaya gedən yol kubokdan daha qısadır?

- Nəzərə alsaq ki, kuboku qazanmaq üçün bizə 3 qələbə lazımdır, ola bilər. Lakin biz hər iki turnirdə sona kimi irəliləməyi düşünürük.

- “Turan Tovuz”un məqsədi kuboku qazanmaq və çempionatda medalçılar sırasına düşməkdir. Bu hədəfə çatmaq üçün komandanızın əsas üstünlüyü nədir?

- Məncə, baş məşqçi amili. Kurban Berdıyevi “Turan Tovuz”un əsas üstünlüyü saymaq olar. Berdıyevin necə təcrübəli mütəxəssis olduğu məlumdur. Düşünürəm ki, onun təcrübəsi kuboku qazanmağımıza kömək edə bilər. Eləcə də çempionatdakı hədəfimizə çatmağa.

- Bazar ertəsi səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız. Həmin görüşdən gözləntiləriniz nədir?

- Bizi çətin qarşılaşma gözləyir. 6 xallıq oyundur. “Neftçi” çox yaxşı komandadır. Buna baxmayaraq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti