“Neftçi"nin yaxşı heyəti var, mütləq toparlanacaqlar”

01:20 Turan 115
“Neftçi"nin yaxşı heyəti var, mütləq toparlanacaqlar”

​“Neftçi" böyük tarixə malik klubdur, onların hazırda çətinlik çəkməsi futbolun bir parçasıdır.

Lakin yaxşı heyətləri və məşqçiləri var.

Onlar mütləq toparlanacaqlar və turnir cədvəlində öz yerlərini tutacaqlar. “Neftçi"yə uğurlar arzulayıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Filipp Ozobiç jurnalistlərə açıqlamasında deyib.

Yarımmüdafiəçi avrokuboklara vəsiqə uğrunda həlledici qarşılaşma sayılan Azərbaycan Premyer Liqasının XXIII turunda sabiq klubu “Neftçi”yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:

“Avropada oynamaq hər zaman çətindir, amma bizim təcrübəmiz var. Addım-addım irəliləməliyik.

Çalışacağıq bu oyuna da yaxşı hazırlaşaq və layiqli mübarizə aparaq. İnanırıq ki, öz oyunumuzu oynasaq, qələbə qazana bilərik”.

"Neftçi” - “Turan Tovuz” qarşılaşması martın 9-da “Palms Sport Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti