"Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır" - Ruslan Abışov

17:10 Turan 86
"Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır" - Ruslan Abışov

"Turan Tovuz" Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, qonaqların məşqçisi Ruslan Abışov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir az arxayınlıq yaratdı. Bu da oyuna təsirini göstərirdi. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.

- Kurban Berdiyev bu gün cəzalı durumda idi. Tribunadan hansı göstərişləri verirdi?

- Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü. Göstərişlərini verirdi. Biz də onun dediklərini futbolçulara çatdırmağa çalışırdıq. Əsas odur ki, yarımfinala vəsiqə qazandıq.

- Yarımfinalda rəqibiniz "Qarabağ" və ya "Sabah" olmayacaq. Bu amil finala çıxmaq şansını artırır?

- Bizim üçün kubok çox vacibdir. Düzdür, qarşıda bizi "Zirə" ilə çətin oyunlar gözləyir. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti