Berdiyev Tovuz azarkeşinə arxa çevirdi, qayıdışın əleyhinə çıxdı!

10:40 Turan 153
Berdiyev Tovuz azarkeşinə arxa çevirdi, qayıdışın əleyhinə çıxdı!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev komandanın doğma rayona dönməsinin əleyhinə çıxıb.

Klub yanvarda rəsmi açıqlama yayaraq, Tovuz şəhər stadionuna qayıdışın 20-22 mart 2026-cı il tarixlərində keçiriləcək Misli Premyer Liqasının 25-ci tur oyununa planlaşdırıldığını bəyan edib.

Bildirilib ki, sözügedən qarşılaşmadan əvvəl Peşəkar Futbol Liqasının işçi qrupunun iştirakı ilə stadionda test xarakterli oyun keçiriləcək.

Test oyunu zamanı aparılacaq müşahidələrin nəticələrinə əsasən stadionla bağlı yekun qərar veriləcək və növbəti addımlar atılacaq.

Rusiyalı çalışdırıcı indi bunun əleyhinədir. «Baba» ləqəbli mütəxəssis ən azı mövsümün sonuna, maya qədər Bakıda oynamağa israr edib.

74 yaşlı sükançı klub funksionerləri ilə bu mövzuda futbolçuların adından danışıb. İddia eləyib ki, oyunçular paytaxta öyrəşib və Tovuzda meydana çıxmağa həvəs göstərmir.

Berdiyev bildirib ki, yerli azarkeşlərdən qarazıdır. Onların komandanı dəstəkləmədiyini, tribunalardan tez-tez narazılıq dolu çağırışları eşitdiyini söyləyib.

Xəbərdarlıq edib ki, komanda rəqiblərini Tovuzda qəbul eləyərsə, nəticələr pisləşəcək.

«Baba» Peşəkar Futbol Liqası ilə danışmağı, sezonun son 2 aydakı oyunlarının paytaxtda keçirilməsinə razılıq alınmasını tapşırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti