“Şamaxı”da sərgilədiyi oyunla Azərbaycan millisinə dəvət alan Rüfət Abbasov burada çox qalmayacaq.
Premyer Liqanın bəzi klubları 21 yaşlı futbolçunu hədəfə alıb.
“Neftçi”nin yetirməsinə maraq göstərənlərin arasında “Turan Tovuz” fəallığı ilə seçilir.
Kurban Berdıyevin diqqətini çəkən Abbasov türkmənistanlı çalışdırıcıda özü barədə müsbət fikirlər formalaşdırıb.
Berdıyev rəhbərliyə sözünü deyib: “Növbəti mövsüm burada qalacağamsa, yayda Rüfətin keçidini reallaşdırmağa çalışın”.
Tovuz təmsilçisi Ayxan Abbasovun komandasında aylıq 2500 manat civarında maaş alan səbəbkara bundan 3 dəfə ödəməyə hazırdır.
Sol cinah müdafiəçisinin “Şamaxı” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
2024-cü ilin yayından “şirlər”in şərəfini qoruyan Abbasov bölgə təmsilçisinin heyətində meydana çıxdığı 62 oyunda 2 qol vurub, 10 qolun ötürməsini verib.
HƏBİB / SPORTİNFO.AZ

