Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 22-ci turunun "İmişli" (0:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb:
- Bu gün qol imkanlarımız oldu. Sadəcə olaraq onları vura bilmədik. Rəqib bir dəfə də qapımıza zərbə vura bilmədi. Amma biz bu gün iki xalı itirdik.
- Coş Ginelli və İbrahima Vadjinin CV-si yaxşıdır. Onların meydanda sizə xeyir verməsi üçün nə qədər zamana ehtiyacı var?
- Məşqlərdə bunun üzərində işləyirik. Fikirləşirəm ki, oyunlarda problemi aradan qaldıracağıq.
- Qarşıda kubokda "Kəpəz" və çempionatda "Neftçi" ilə oyuna çıxacaqsınız. Qısa müddətdə iki ağır oyuna çıxmaq nə dərəcədə futbolçuları yora bilər?
- Futbolçuların fiziki vəziyyətləri qaneedicidir. Kubok matçına hazırlaşacağıq.
- Aleks Souzanı mövsümün sonuna qədər saxlayıb, daha sonra transferinə icazə vermək olmazdı?
- Xeyr, belə düşünmürük. Haqlı olaraq belə qərar vermişik.

