“Çempionluq bizim üçün realdır” – “Qarabağ”la “Sabah”a "boy" verəcəklər

11:05 Turan 159
“Çempionluq bizim üçün realdır” – “Qarabağ”la “Sabah”a "boy" verəcəklər

Premyer Liqada çempionluq mübarizəsinin “Sabah”la “Qarabağ” arasında gedəcəyi sirr deyil.

Bu iki komandanın rəqibləri ilə xal fərqinin 10-u keçməsi real mənzərən ortaya qoyur.

Lakin bir şey də var ki, “Turan Tovuz” yarışdan qopmaq istəmir və mövsümün əvvəlində klubun rəhbəri Ehtiram Quliyevin dediyi “məqsədimiz çempionluqdur” sözlər yada düşür.

Bəs, indiki durumda qərb təmsilçisinin şansları necə görünür? Komanda üzvləri çempionluğu mümkün sayır?

Ümumiyyətlə, “Sabah”la “Qarabağ” onlar üçün əlçatan görünür?

“Turan Tovuz”un toqolu müdafiəçisi Emanuel Hakman bu barədə Sportinfo.az-a danışıb:

“Çətin sualdır (gülür). Hər komandanın özünə görə hədəfi var. “Turan Tovuz”un məqsədi çempionluqdur.

Çempionatda hansı rəqiblərin olmasına fikir vermədən hədəfə çatmaq uğrunda mübarizə aparırıq. Əlbəttə, çətin görünür.

Lakin mümkünsüz deyil, realdır. Ən vacibi odur ki, gücümüzə və bunu bacaracağımıza inanırıq. Qarşıda kifayət qədər vaxt var. Yekunda görəcəyik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti