“Turan Tovuz”un ən intizamsız və ən tənbəl oyunçusu kimdir?

23 Fevral 03:00 Turan 624
“Turan Tovuz”un ən intizamsız və ən tənbəl oyunçusu kimdir?

“Rəhim Sadıxov adətən məşqlərə gecikir, ən çalışqan oyunçumuz isə Ayxan Hüseynovdur”.

Sportinfo.az xəbər verir ki, bu barədə “Turan Tovuz”un müdafiəçisi Roderik Miller deyib.

Panamalı legioner azarkeşlərə dəstəyə görə təşəkkür edib:

“Onlar üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Növbəti oyunlarda qələbə qazanmaq məqsədimiz var.

Avrokuboklara vəsiqə qazanmaq üçün hər bir imkanımızdan maksimum istifadə edəcəyik”.

Futbolçu həmçinin komanda yoldaşları haqqında da fikirlərini bölüşüb:

“Rəhim Sadıxov adətən məşqlərə gecikir. Ən çalışqan oyunçumuz isə Ayxan Hüseynovdur.

Alexandro Serrano da işinə ciddi yanaşır, hətta onu məşqlərdən əvvəl idman zalında görmək mümkündür. Məncə, ən tənbəl oyunçu Xəyal Nəcəfovdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti