«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev komandanın keçmiş kapitanı Şəhriyar Əliyevi «qaralayıb».
Rusiyalı çalışdırıcı burada dördüncü mövsümünü keçirən müdafiəçini daha sərəncamında görmək istəmir.
«Baba» ləqəbli sükançı rəhbərliyə bildirib ki, «Şako» tez-tez zədələnir və artıq rəqabətə dözmür.
O. 34 yaşlı arxa xətt oyunçusunun ən yaxşı halda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandada forma geyinə biləcəyini iddia edib.
Berdiyev Əliyevi uzun müddətdir ehtiyatda saxlamasının səbəbinin bu olduğunu deyib.
Vaxtilə «Rubin»də işləmiş mütəxəssisin fikrincə, Şəhriyar üzləşdiyi vəziyyətlə barışmalı və məşqlərdə özünü başqa tərəfdən göstərməlidir.
Yəni ki, legionerlərə münasibətdə aqressiv davranmamalı, sərt və ya kobudluğa yol verməməlidir. Baş məşqçi xatırladıb ki, Əliyev indiyədək məşq proseslərində bir neçə əcnəbi oyunçunu zədələyib.
SPORTİNFO.AZ

