“Turan”ı çalışdırmağa namizəd - Direktor rəhbərə kimi məsləhət gördü?

15:00 Turan 262
“Turan”ı çalışdırmağa namizəd - Direktor rəhbərə kimi məsləhət gördü?

Ötən ilin dekabrında «Araz-Naxçıvan»ın sükanı arxasından uzaqlaşdırılan Elmar Baxşıyev «Turan Tovuz»u çalışdırmağa namizəd dir. Bu haqda saytımıza klubdan məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, idman direktoru Səməd Nəsibov onun komandanın başına gətirilməsi təşəbbüsü ilə çıxış edib. Belə ki, təcrübəli funksioner İdarə Heyətinin sədri Ehtiram Quliyev və digər şəxslərlə apardığı müzakirələr zamanı onun adını bir neçə dəfə hallanıdırıb, bildirib ki, Kurban Berdiyevə etimad göstərmək vaxt itkistdir. O, ötən mövsümdən burada çalışan rusiyalının kollektivə normal futbol oynatmadığını əsaslandırıb, qeyd edib ki, avrokuboklara vəsiqə qazanmağın yolu Baxşıyevi Tovuza gətirməkdən keçir. Adıçəkilən məşqçinin «Qəbələ»ni iki, «Araz-Naxçıvan»ı isə bir dəfə qitə arenasına daşımasını misal çəkib, onun gəlişindən sonra «Turan»ın da öz gözəl oyunu və müsbət nəticələri ilə yerli futbolsevərləri sevindirəcəyini diqqətə çatdırıb.
Nəsibovun yanaşması anlaşılandır. Mövsümə çempionluq iddiasıyla başlayan «Turan» 20 turdan sonra 34 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Qərblilər zirvədə yer alan «Sabah»dan 14, ikinci sıradakı «Qarabağ»dan xal geri qalır. «Turan» hakimlərin simpatiyasını addımbaşı hiss etsə də, Berdiyevin taktiki yanaşması heç bir ümid vermir. Komanda sabit çıxış etmir və oyunu da o deyil. Nəsibov uzun illərdir futbol camiəsinin üzvüdür və ağı qaradan seçə bilir. Başa düşür ki, «Baba» nə qədər tez göndərilsə, bu, ziyanın yarısından qayıtmaq olacaq. Çünki mövsümün başa çatmasına 4 aydan da az vaxt qalır və zaman onların lehinə işləmir.
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!